Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Teylor Sviftin keçmiş sevgilisi Harri Stayles müğənni ilə Trevis Kelsinin toyunda iştirak edə bilməyəcək.
OLAY yazır ki, sənətçi sıx konsert qrafikinə görə dəvəti qəbul etməyib. Maraqlıdır ki, Staylsın nişanlısı Zoi Kravits isə toy mərasimində iştirak etməyi planlaşdırır. Aktrisa uzun illərdir Teylor Sviftin yaxın dostudur.
Qeyd edək ki, toyun qonaq siyahısının kifayət qədər ulduzlarla zəngin olacağı gözlənilir. Mərasimdə Selena Qomez, Cici Hadid və bir çox digər məşhurların iştirak edəcəyi bildirilir. Dəvət alanlar arasında əfsanəvi rejissor Stiven Spilberq də var.