Toyundan bir gün sonra qəzaya düşdü

19.06.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində baş verib.

VAZ- 2107 markalı avtomobil digər maşınla toqquşub. Qəza zamanı dünən toy mərasimi keçirilən Gədəbəy rayon Çobankənd sakini 1993-cü il təvəllüdlü Röyal Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanalardan birinə yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью