Toyuq fermasında fəhlə iPhone oğurladı, həbs edildi

13.11.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən "Xəmsə" Məhdud Məhsuliyətli Cəmiyətində (MMC) fəhlə oğurluq etdiyi üçün həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Heydər Həsənovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Heydər fəhlə kimi çalışdığı "Xəmsə" MMC-nin Zirə qəsəbəsində yerləşən toyuq fermasında qaynaqçı işləyən Ağakərim adlı şəxsin "iPhone 15 Pro Black" markalı, 128 GB yaddaşa malik telefonunu oğurlayıb.

MMC-yə məxsus istixananın ərazisində fəhlələrin dincəlməsi və evi uzaqda olanların gecələməsi üçün tikilmiş binanın 2-ci mərtəbəsində yerləşən yataq otağına plastik materialdan olan qapının kilidini sındırmaqla daxil olub və çarpayının yanında qoyulmuş tumbanın üstündəki Ağakərimə məxsus telefonu götürüb.

Məlum olub ki, zərərçəkmiş şəxs 2025-ci ilin aprel ayının 14-də mağazadan oğlu Sübhanın adına 2 549 manat 98 qəpiyə "iPhone 15 Pro Black" markalı mobil telefonu alıb və hadisə gününədək istifadə edib.

Məhkəmənin hökmü ilə Heydərə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью