Toyuq kəsərkən özünü bıçaqladı

12.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

Axar.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən yaralanıb.

O, əvvəl Ağstafa Mərkəzi Rayon Xəstəxanasına, sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, zərərçəkən sərxoş halda toyuq kəsən zaman ehtiyatsızlıqdan bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью