Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlk yumurtalar çoxalma mexanizmi kimi hələ 600 milyon il bundan əvvəl meydana çıxıb.
Qədim dənizlərdə yaşayan ibtidai canlılar məhz yumurta qoymaq yolu ilə çoxalıblar. Bəs toyuq nə zaman yaranıb?
Flinders Universitetinin professoru Ellen Meterin sözlərinə görə, indi gördüyümüz şəkildə toyuqlar təxminən 3500 il əvvəl formalaşıblar.
İlk toyuq cinsləri vəhşi quşların əhliləşdirilməsi nəticəsində yaranıb.
Söhbət ümumiyyətlə yumurtadan yox, konkret və məhz toyuq yumurtasından gedirsə, təbii ki, bunun üçün əvvəlcə əhliləşmiş toyuq cinsləri formalaşmalı idi.
Amma digər tərəfdən, toyuqların əcdadları hələ vəhşi çöl quşları olanda, yəni toyuq olmayanda belə, yumurtlayırdılar.
Beləliklə, bütün hallarda yumurta toyuqdan əvvəl mövcud olub.