Toyuqların daha uzun müddət yumurtlaması üçün bunu edin

28.11.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həyətyanı sahəsində toyuq saxlayan insanlar quşların daha sağlam böyüməsi və məhsuldar olması üçün onlara mümkün qədər yaxşı qulluq etməyə çalışırlar. Çünki saxlanma şəraiti toyuqların həm ümumi sağlamlığına, həm də yumurta vermə qabiliyyətinə birbaşa təsir göstərir.

Bəzən bunun üçün müxtəlif üsullardan istifadə olunur. Hətta geniş yayılmış problemlərin qarşısını almaq məqsədilə toyuq hininə dəfnə yarpağı qoyanlar da var. Bəs toyuqların ömrünü uzatmaq və onların daha uzun müddət yumurta verməsini təmin etmək üçün nə etmək lazımdır?

Lent.az xarici mediaya istinadən bir neçə sadə qaydaları təqdim edir. 

Toyuqların ömrünü necə uzatmaq olar?

Toyuq saxlayanlar bir neçə sadə qaydaya əməl etməklə quşların sağlamlığını qorumağa və onların ömrünü uzatmağa kömək edə bilərlər.

İlk növbədə, toyuqlar balanslaşdırılmış yemlə təmin olunmalıdır. Onların gündəlik qida rasionunda taxıl, zülal və kalsium mənbələri olmalıdır. Kalsium mənbəyi kimi xırdalanmış yumurta qabığından da istifadə etmək mümkündür.

Quşların daim təmiz içməli suya çıxışı təmin edilməlidir. Su qabları birbaşa günəş şüalarından və şaxtadan qorunan yerlərdə saxlanmalıdır.

Toyuq hini quru, təmiz və yaxşı havalandırılan vəziyyətdə olmalıdır. Döşənək mütəmadi olaraq dəyişdirilməli, nəmlik və çirklənmənin qarşısı alınmalıdır.

Parazitlərlə mübarizə də diqqətdən kənarda qalmamalıdır. Bəzi quş saxlayanlar bu məqsədlə sarımsaq və alma sirkəsindən istifadə etsələr də, onların bağırsaq qurdlarını etibarlı şəkildə məhv etdiyi sübut olunmayıb. Zərurət yarandıqda baytar həkimin tövsiyə etdiyi uyğun müalicə tətbiq edilməlidir.

Toyuqların stress səviyyəsini azaltmaq üçün gündəlik qulluq rejimi sabit saxlanmalı, lazımsız müdaxilələrdən və qəfil yüksək səslərdən uzaq durulmalıdır.

Bundan əlavə, quşların iştahı, davranışı və ifrazatı hər gün müşahidə edilməlidir. Axsaqlıq, nəfəsalmada çətinlik və digər qeyri-adi hallar aşkarlandıqda vaxtında tədbir görülməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью