Tozlu hava ilə bağlı Açıqlama

27.07.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havada toz  müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumata əsasən  Bakıda və Abşeron  yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb  bu gün səhər saatlarından   başlayan  güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan  toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər  davam edəcəyi  gözlənilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью