“Trabzonspor” 6 futbolçu ilə yollarını ayıracaq AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 24 dekabr, AZƏRTAC Bu mövsüm istədiyi nəticələri qazana bilməyən Türkiyənin “Trabzonspor” klubu heyətlə bağlı bəzi dəyişikliklər edəcək.AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 6 futbolçu ilə yollarını ayıracaq.
Bunlar Stefano Densvil, Enis Bardi, Umut Bozok, Borna Barişiç, Hüseyin Türkmən və Serkan Asandır.
Həmin oyunçular mövsümün ikinci yarısında komandada olmayacaqlar.Superliqa klubu daha əvvəl xorvatiyalı futbolçu Mislav Orsiçlə vidalaşıb.Qeyd edək ki, “Trabzonspor” qış fasiləsinə 19 xalla 13-cü sırada yollanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu