Trabzonspor bu futbolçu ilə maraqlanır

28.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

"Trabzonspor" "Boavişta"da çıxış edən sol cinah müdafiəçisi Bruno Onyemaeçi ilə maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

25 yaşlı futbolçunun "Boavişta" ilə 2026-cı ilə qədər müqaviləsi var və klubu 2 milyon avro transfer haqqı tələb edir.

Bu mövsüm Portuqaliya Liqasında 11 matçda meydana çıxan nigeriyalı müdafiəçi stabil görünüşü ilə diqqət çəkir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью