Trabzonspor Coca Cola nın sponsorluq təklifini rədd etdi SƏBƏB

27.11.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Trabzonspor" klub dəyərlərinə uyğun olaraq mühüm qərar verib.

Fanat.Az xəbər verir ki, klub prezidenti Ertuğrul Doğan İsrail məhsullarına tətbiq olunan boykot siyasətinə görə "Coca-Cola" şirkətinin sponsorluq təklifini qəbul etməyib.

Məlumata görə, "Trabzonspor" rəhbərliyi son aylarda bir neçə beynəlxalq brendin əməkdaşlıq istəklərini dəyərləndirsə də, klubun mövqeyi və ictimai həssasiyyət nəzərə alınaraq "Coca-Cola" ilə anlaşmaya gedilməyib.

Ertuğrul Doğanın bu qərarı həm klub içində, həm də azarkeşlər arasında geniş dəstək görüb.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью