Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Trabzon təmsilçisi İspaniyanın "Valensiya" klubunda çıxış edən Cenk Özkaçarla 3+1 illik müqavilə barədə razılığa gəlib.
Qeyd edək ki, 24 yaşlı mərkəz müdafiəçisi Türkiyə millisinin də üzvüdür. O, karyerası ərzində "Altay", "Lion", "Köln", "OH Leuven" və "Valensiya"nın formalarını geyinib.
Martinez: “Canımızı ortaya qoyduq” Argentina yarımfinallarda uduzmur - Altı oyunun hamısında final Tuxel məğlubiyyətə aydınlıq gətirdi - “Qərarları verən mənəm” Okan Burukdan İkardi paylaşımı - “Səni çox sevirik, kral” "Qalatasaray" İkardiylə vidalaşdı - VİDEO