Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Trabzonspor”un prezidenti Ertuğrul Doğan Məhəmməd Salahın klubun maraq dairəsində olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, klub rəhbəri hazırda misirli ulduzun transferi ilə bağlı hər hansı razılaşmanın olmadığını deyib:
“Çox söz-söhbət gəzir, amma heç bir razılaşma yoxdur. Sabah Trabzona heç bir uçuş planlaşdırılmayıb. Belə bir plan olsaydı, mətbuatı və azarkeşləri məlumatlandırardıq. Salahı komandasında görmək istəməyən kim var? Mən də istəyərəm. Amma hazırda heç bir razılaşma yoxdur.
Salahla danışıqlar aparıb-aparmadığımız barədə danışmaq istəmirəm. Belə futbolçuların transferi üçün düzgün strategiya izləmək lazımdır. Biz də bunu edirik. Yenilik olan kimi azarkeşlərimizə məlumat verəcəyik”.
“Trabzonspor” prezidenti daha əvvəl Aral Şimşirlə marağı təkzib etmələrinə də aydınlıq gətirib:
“Klubun maraqlarını qorumalıyam. Aral üçün 25-30 milyon avro tələb olunurdu. Belə vəziyyətdə çıxıb onu nəyin bahasına olursa-olsun transfer etmək istədiyimizi deyə bilməzdik. Bu, danışıqlar prosesinin bir hissəsidir”.
Qeyd edək ki, daha əvvəl Məhəmməd Salahın “Beşiktaş”la danışıqların nəticəsiz qalmasından sonra “Trabzonspor”a keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.
Yoxlama matçı: "Qalatasaray" 90+3-də məğlubiyyətdən xilas oldu "Fənərbaxça" Sarr transferini bitirməyə yaxındır "Real"dan FIFA qərarına dəstək – "Futbol satıla bilməz" Mahir Emreli "Rakuv"da ikinci qolunu vurdu “Hall Siti”dən növbəti transfer – 18 yaşlı müdafiəçi