Trabzonspor dan Traktor a dəstək: Azərbaycan türklərinin qüruru FOTO

28.04.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Super Liqa təmsilçilərindən "Trabzonspor" İran çempionu olmağa əsas namizəd "Traktor" ilə bağlı maraqlı paylaşım edib. 

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisinin rəsmi sosial media hesablarında "Traktor"un ev oyunlarını keçirdiyi "Yadigar İmam" stadionunun şəkli paylaşılıb və üzərində bu sözlər qeyd olunub: 

“2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru “Traktor” klubunu dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır. 

“Traktor”u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmağa davam etməyi diləyirik. Yolunuzun sonu çempionluq olsun!”

Qeyd edək ki, xallarının sayını 61-ə çatdıran Təbriz klubu liqanın başa çatmasına 3 tur qalmış ən yaxın izləyicisi ilə fərqi 5-ə yüksəldib. 

"Sumqayıt" "Neftçi"yə qarşı - YENİLƏNİR Tahir Gözel: “Qarşılıqlı inam bizi daha da irəli aparır” Vasili Berezutski: “Qarabağ”ı favorit hesab edirəm” Qurban Qurbanov: “Bu il də bunun şahidi oldum” Qurban Qurbanovun “11-liy”i
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью