“Trabzonspor” finalda “Barselona”ya uduzdu

29.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Gənclər Liqasının qalibi müəyyənləşib. 

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki "Kolovrey" idman mərkəzinin stadionunda keçirilən həlledici qarşılaşmada “Trabzonspor” “Barselona” ilə üz-üzə gəlib. 

Matç Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da “Barselona” 2024/25 mövsümündə UEFA Gənclər Liqasının qalibi olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью