Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bu qış nigeriyalı mərkəz müdafiəçisi Çibuike Nvaivu və norveçli sol cinah müdafiəçisi Matias Löviki transfer edən ''Trabzonspor''da legioner limiti artıq dolub.
"Football-plus.az" xəbər verir ki, daha bir neçə əcnəbi oyunçu ala bilmək üçün indiki heyətdə yer alan bəzi futbolçularla vidalaşmaq lazımdı.
Felipe Auqusto ilə Kazim Olaiqbenin ayrılması ehtimalı var. Auqustoya Səudiyyə Ərəbistanından 15 milyon avroluq təklif gəlib. Olaiqbe isə ümidləri doğrultmur. Amma rəhbərliyin başqa planının olduğu üzə çıxıb. Belə ki, ağır zədədən dönəndən sonra artıq əvvəlki səviyyəsini bərpa etməkdə çətinlik çəkən və yaşı da irəliləyən Entoni Nvakaemenin, eləcə də tez-tez zədələnən Stefan Saviçin komandadan uzaqlaşdırılması gündəmə gəlib. Amma 35 yaşlı Saviç ayrılmaq istəmir. Monteneqrolu müdafiəçinin klubla 2027-nin yayına qədər müqaviləsi var. İllik 2,5 milyon avro qazanan Saviç müqavilənin ləğvi üçün maaşını hamısını tələb edir.
Ondan fərqli 36 yaşlı Nvakaemenin müqavilə müddəti bu yay bitəcək. Rəhbərlik də bunu və nigeriyalının klub üçün xidmətlərini nəzərə alaraq, ona fərqli bir təklif irəli sürüb. Belə ki, rəhbərlik Nvakaemedən müqaviləni ləğv etməyi və futbolçu izləmə komitəsində yer almağı təklif edib. Yəni Nvakaeme təklifi qəbul etsə, trabzonluların skautu kimi çalışmağa başlayacaq! Bu, Nvakaemenin ''Trabzonspor''da ikinci dönəmidi. O daha öncə 2018-22-ci illərdə bu klubda çıxış etmiş, 2022-24-cü illərdə isə Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Fayha''nın şərəfini qorumuşdu. Bu mövsüm tam gözdən düşən təcrübəli futbolçu cəmi 4 rəsmi oyunda iştirak edib, məhsuldar hərəkətlə yadda qalmayıb.