Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK komandasına transfer olunub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu bu transferdən 4 milyon avro qazanacaq. Bundan başqa, 29 yaşlı vinger gələcəkdə başqa kluba satılarsa, məbləğin 10 faizi “Trabzonspor”a ödəniləcək.
Qeyd edək ki, Zubkov 2025-ci ildən Trabzon təmsilçisində çıxış edirdi. O, buna qədər “Şaxtyor”, “Ferentsvaroş” “Mariupol” klublarının formasını geyinib.
Zubkob Ukrayna millisində 43 oyunda 3 qol vurub.