Trabzonspor hücumçusunu bu kluba satdı | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Anderlext" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, Belçika klubu "Trabzonspor"dan Danilo Sikanı transfer edib.
"Anderlext" Sikan üçün Türkiyə klubuna 4 milyon avro təzminat ödəyib.
24 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Trabzonspor" Danilo Sikanı 2025-ci ilin yanvarında "Şaxtyor"dan 6 milyon avroya transfer etmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu