Trabzonspor istədi, İstanbul klubunu seçdi

29.05.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Kabo-Verde millisinin üzvü Nuno da Kosta Türkiyədə komandasını dəyişib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafəçi “Kasımpaşa”nı “Başakşəhər”ə dəyişib.

Halbuki, təcrübəli futbolçu üçün ilk təklifi “Trabzonspor” irəli sürmüşdü. Lakin o, İstanbulu tərk etməməkdən ötrü “Başakşəhər”lə anlaşıb.

Da Kosta karyerası ərzində “Valansyen”, “Strasburq”, “Nottingem”, “Muskron”, “Kan”, “Oser” komandalarında çıxış edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью