“Trabzonspor” “Kasımpaşa”nı çətinliklə məğlub edib

24.01.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Superliqasının 19-cu turu start götürüb.

İdman.Biz-in məlumatına görə, ilk gündə bir oyun keçirilib. “Trabzonspor” “Kasımpaşa”nı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Meydan sahibləri 51-ci dəqiqədə Pol Onuaçunun qolu ilə hesabda irəli çıxsalar da, qonaqlar 61-ci dəqiqədə Fusseyni Diabatenin qolu ilə hesabı bərabərləşdiriblər. Aleksandr Zubkovun 84-cü dəqiqədə vurduğu qol “Trabzonspor”un qələbəsini təmin edib.

Beləliklə, Trabzon komandası ölkə çempionatının növbəti turuna uğurla başlayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью