Trabzonspor klub tarixinin rekordunu qırdı

13.02.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Trabzonspor” bu qış yeni oyunçuların alınmasına xərclədiyi məbləğ baxımından klub rekordu qırıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Taka Gazetesi” məlumat yayıb.

Xüsusilə, bu, ümumilikdə 12 milyon avro xərclənən "Şaxtyor"un ukraynalı oyunçuları Danilo Sikan və Aleksandr Zubkovun transferləri sayəsində baş verib.

Qaradənizlilər həmçinin, "Ayaçço"dan 25 yaşlı fransız yarımmüdafiəçi Tim Jabol-Folkarellinin alınmasına 1 milyon avro, “Qazişehir”dən isə 27 yaşlı sol cinah müdafiəçisi Mustafa Eskillağın alınmasına 400 min avroya  xərcləyib.

Beləliklə, bu qış klub transferlərə ümumilikdə 13,4 milyon avro xərcləyib ki, bu da Trabzonspor üçün bütün tarixində mütləq rekorddur.

Mirağa 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью