Trabzonspor lıların sevimlisi Araz Naxçıvan la oyunda 4 həftəliyə sıradan çıxdı | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məlum olduğu iyulun 17-də yoxlama oyunu çərçivəsində ''Araz-Naxçıvan''la ''Trabzonspor'' üz-üzə gəlmişdi.
Ərzurum şəhərində keçirilən görüşdə təmsilçimiz 3:2 hesabı ilə üstün olmuşdu.
İyunun sonlarında ''Trabzonspor''a rəsmən geri dönən Pol Onuaçu bu oyunda zədələnərək 38-ci dəqiqədə əvəzlənmişdi.
"Football-plus.az" xəbər verir ki, trabzonlu fanatların sevimlisi olan bu futbolçunun durumuna aydınlıq gəlib.
Sol ayaq topuğundan zədə alan Onuaçu ən azı 4 həftəliyə sıradan çıxıb!
Bu da o deməkdi ki, təcrübəli forvard hazırlıq dönəminin böyük hissəsini buraxacaq. Onun ilk turda meydana çıxması sual altındadı.
Xatırladaq ki, 201 sm boya malik olan nigeriyalı hücumçu 2023/24-də icarə əsasında ''Trabzonspor''da oynamış və 25 qarşılaşmada 17 qol vurmaqla iz buraxmağı bacarmışdı.
Tam oxu
Xəbəri oxu