Trabzonspor Milan ın ulduzu üçün hərəkətə keçdi

29.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Türkiyənin "Trabzonspor" klubu hücum xəttinə səs-küylü transfer etmək üçün İtaliya nəhənginin qapısını döyüb.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, türkiyəlilər "Milan"ın meksikalı forvardı Santyaqo Ximenesi heyətinə qatmaq üçün danışıqlara start verib.

Məlumata görə, 25 yaşlı hücumçunu Portuqaliyanın "Portu" klubu da öz sərəncamında görmək istəyir.

"Trabzonspor" rəhbərliyi meksikalı ulduzu icarəyə götürərək hücum potensialını artırmağı planlaşdırır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью