“Trabzonspor” Onananı “Mançester Yunayted”dən almaq istəyir

07.10.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Trabzonspor” “Mançester Yunayted”dən icarəyə götürdüyü qapıçı Andre Onananı almaq istəyir.

İdman.biz-in “The Sun”a istinadən yaydığı xəbərə görə, klub “qırmızı şeytanlar”la daimi transferlə bağlı danışıqlara başlamaq istədiyini qapıçıya çatdırıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubu Onana ilə asanlıqla müqavilə bağlaya biləcək, çünki onun “Trabzonspor”dakı maaşı “Mançester Yunayted”dəkindən yüksəkdir. Lakin manikunianlıların futbolçunu satmağa razı olub-olmayacağı məlum deyil.

Kamerunlunun icarə müqaviləsində satınalma variantı yoxdur.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью