“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi Şok hesab

19.09.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyə Super Liqasının 6-cı turunda “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Modern.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

“Trabzonspor” matçın 4-cü dəqiqəsində hesabı açıb. Məhəmməd Salah qapıçı Uğurcan Çakır ilə üz-üzə qalıb və dəqiq zərbə ilə topu tora göndərib – 1:0.

39-cu dəqiqədə Saviolonun uzaq küncə zərbəsi “Qalatasaray”ın qapıçısını məyus edib – 2:0.

İlk hissənin başa çatmasına bir dəqiqə qalmış “Trabzonspor” daha bir qol vurub. Misirli futbolçu Salah dəqiq zərbə ilə hesabı 3:0-a çatdırıb.

Oyunun 80-ci dəqiqəsində Məhəmməd Salah növbəti dəfə fərqlənib və matçın yekun hesabını müəyyənləşdirib – 4:0.

Beləliklə, “Trabzonspor” 10 xala yüksəlib. Çempionatın lideri olan “Qalatasaray” isə mövsümdə ilk məğlubiyyətini alaraq 13 xalda qalıb.

Super Liqanın 7-ci turunda “Trabzonspor” səfərdə “Samsunspor”la qarşılaşacaq. “Qalatasaray” isə öz meydanında “Kasımpaşa”nı qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью