Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin “Tottenhem” klubunda çıxış edən Rişarlison karyerasını Türkiyədə davam etdirməyə razılaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.
Məlumata görə, “Trabzonspor” 29 yaşlı braziliyalı hücumçu ilə şəxsi müqavilənin şərtləri barədə razılıq əldə edib.
Rişarlisonun Türkiyə klubunda “Tottenhem”də qazandığı maaşdan üç dəfə daha çox əməkhaqqı alacağı bildirilir.
Bununla belə, “Trabzonspor” və “Tottenhem” arasında transferin özü ilə bağlı hələ razılaşma yoxdur. London təmsilçisi Türkiyə klubunun 15 və 20 milyon funt-sterlinqlik təkliflərini geri çevirib. Ancaq danışıqlar davam edir.
Qeyd edək ki, Rişarlison 2022-ci ildən “Tottenhem”in formasını geyinir. Braziliyalı forvard həmin il “Everton”dan London klubuna keçib. Onun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Əlisahib İbrahimli