Trabzonspor Şenol Günəşlə bağlı açıqlama yaydı: Prokurorluğa müraciət edilir

25.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

“Trabzonspor” Klubu sosial şəbəkələrdə və müxtəlif kanallarda komandanın baş məşqçisi Şenol Günəşin ünvanına təhqiramiz yazanlarla bağlı hərəkətə keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə “Trabzonspor” Klubunun vitse-prezidenti Kamal Ertürk məlumat verib.

O bildirib ki, Şenol Günəşi təhqir edənlər bir-bir aşkarlanır və haqlarında prokurorluğa müraciət olunur: "Məşqçimiz Şenol Günəş haqqında böhtan, əsassız ittihamlar səsləndirənlər ədalət qarşısında cavab verəcəklər".

Fərid Aslan
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью