Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisinin “sükanı” Tomas Reisə tapşırılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mütəxəssis artıq Türkiyəyə gəlib və yaxın zamanda rəsmi müqaviləyə imza atacaq.
Reis son olaraq Bolqarıstanda “Ludoqorets”ə rəhbərlik edib.
Mütəxəssis əvvəl Türkiyədə “Samsunspor”u çalışdırıb. Komanda onun başçılığı altında 2024/25 mövsümündə Super Liqanı 3-cü bitirib.