Trabzonspor ukraynalı futbolçunu Anderlext ə satdı

21.01.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Trabzonspor" ukraynalı futbolçunu "Anderlext"ə satdı

"Trabzonspor" ötən ilin yanvarında heyətinə cəlb etdiyi Daniil Sikanla yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə  klubun mətbuat xidməti məlumat yayıb.

Ukrayna millisinin üzvü karyerasını Belçikada davam etdirəcək. "Anderlext" onun transferini açıqlayıb.

"Trabzonspor" 24 yaşlı yarımmüdafiəçi ilə ötən qiş 4.5 illik müqavilə imzalanmışdı. Onun keçidi Türkiyə klubuna 6 milyon avroya başa gəlmişdi. "Anderlext"in isə Trabzon klubuna 4 milyon avro ödəyəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Daniil Sikan bu mövsüm "Trabzonspor"da 16 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью