Trabzonspor un matçını idarə edən hakim saxlanıldı

02.10.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli futbol hakimi Yasin Kol "Trabzonspor" və "Droqeda Yunayted" komandaları arasında keçirilən yoldaşlıq matçından dərhal sonra saxlanılıb.

Milli.Az xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Hakimlər işi" araşdırması çərçivəsində baş tutub.

Saxlanılan hakimə qarşı sənədlərdə saxtakarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz mərc oyunlarında iştirak kimi ağır ittihamlar irəli sürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Y. Kol son iki mövsümdə 5 derbinin baş hakimi olub. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью