Trabzonspor un Nunes xəyalı baş tutmadı

20.08.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Darvin Nunyesin "Trabzonspor"a icarə əsasında keçmə planları son anda dəyişib.

Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.

"Əl-Hilal"ın Avstriyadakı təlim-məşq toplanışının son günündə heyətdən kənarlaşdırılan uruqvaylı hücumçunun transferi rəsmiləşdirmək üçün ertəsi gün Türkiyəyə gəlməsi nəzərdə tutulurdu.

Lakin "Əl-Diriyə"nin prosesə qoşulması ilə vəziyyət dəyişib. Səudiyyə Ərəbistanı klubu Nunyesi bir mövsümlük icarəyə götürmək məqsədilə "Əl-Hilal"la danışıqlara başladı. Məlumata görə, "Əl-Diriyə" razılaşma çərçivəsində futbolçunun maaşının 75%-ni ödəməyi təklif edib.

Bu inkişafdan sonra "Əl-Hilal" "Trabzonspor"la danışıqları dayandırıb.

Əvvəlcə Qara dəniz təmsilçisinə icarəyə keçməsi planlaşdırılsa da, son hadisələrdən sonra Nunyesin bir mövsümlük icarə əsasında "Əl-Diriyə"yə qoşulacağı gözlənilir.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью