Trabzonspor un təkliini qəbul etmədi, Braziliyaya gedir

21.07.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Trabzonspor"un təklifini qəbul etməyən Saul Niqes Braziliyaya yollanacaq.

Sportal.az xəbər verir ki, "Atletiko" ilə 1 illik müqaviləsi qalan ispaniyalı yarımmüdafiəçi "Flamenqo" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Niqes Braziliya klubunun 3 illik müqavilə təklifini qəbul edib. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.

Qeyd edək ki, "Atletiko" Saul Niqesi 2008-ci ilin yayında "Real"ın akademiyasından transfer edib. İspaniya millisinin sabiq üzvü ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью