“Trabzonspor yetirməsini sükan arxasına gətirdi

11.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Trabzonspor" Fatih Təkkə ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbol karyerasına gənclər akademiyasında başladığı Təkkə "Trabzonspor"da çıxdığı 239 matça 104 qol vurub. 11 il formasını geyindiyi komandanın kapitanlığına yüksələn veteran futbolçu, bir dəfə bombardiri olduğu "Trabzonspor"da üç dəfə Türkiyə kubokunu qazanıb.

O, "Trabzonspor"un baş məşqçisi postunda martın 10-da klubla yollarını ayıran Şenol Günəşi əvəz edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью