“Trabzonspor”da ciddi itki: 5 ay oynamayacaq

25.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin “Trabzonspor” klubunun kapitanı Edin Visça zədələnib.

Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Superliqanın 13-cü turunda “Başakşəhər”lə matçda (4:3) ciddi xəsarət alan Visça əməliyyat olunacaq.

Bosniyalı vingerin azı 5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm Super Liqada 9 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью