Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Trabzonspor” hücum xəttini “Midtjylland”ın 22 yaşlı futbolçusu Frankulino Dju ilə gücləndirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu barədə idman jurnalisti Yunus Emre Sel məlumat yayıb.
Bildirilib ki, tərəflər transferlə bağlı prinsipial razılığa gəliblər. Keçidin “Trabzonspor”a təxminən 20 milyon avroya (40 milyon manat) başa gələcəyi gözlənilir. Razılaşmanın transfer pəncərəsinin bağlanmasına az müddət qalmış əldə olunduğu qeyd edilir.
28 iyun 2004-cü ildə Qvineya-Bisauda anadan olan Dju hücumun mərkəzində çıxış edir. O, futbola Portuqaliyanın “Benfika” klubunun akademiyasında başlayıb və 2023-cü ilin yayında “Midtjylland”a keçib.
1,86 metr boya malik solayaqlı futbolçu ölkəsində millinin də üzvüdür. Onun Danimarka çempionatı və avrokuboklardakı məhsuldar çıxışı Avropanın bir sıra klublarının diqqətini cəlb edib.