“Trabzonspor”dan qələbə, “Beşiktaş” üstünlüyünü qoruya bilmədi

19.04.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün 3 matç baş tutub.

“Beşiktaş” “Göztepe” ilə qarşılaşıb. Oyunda hesab erkən açılıb. “Qara qartallar” Rafa Silvanın qolu ilə önə keçib. Lakin üstünlüyü qorumaq mümkün olmayıb. İsmail Köybaşı “Göztepe”yə 1 xal qazandıran topu vurub - 1:1.

“Trabzonspor” isə “Adana Demirspor”la üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. Simon Banza Qara dəniz təmsilçisinə qələbə qazandırıb - 1:0.

Türkiyə Super Liqası
XXXII tur

“Beşiktaş” - “Göztepe” 1:1
“Adana Demirspor” - “Trabzonspor” 0:1
“Kasımpaşa” - “Sivasspor” 3:1

Premyer Liqa: “Bornmut”dan minimalhesablı qələbə La Liqa: “Atletiko” turu 3 xalla başa vurdu A Seriyası: “Napoli” 3 xalı 3 qolla qazandı “Eyüpspor” autsayderi meydana çıxmağa peşman etdi - VİDEO “Real”dan çətin qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью