“Trabzonspor”dan rekord satış Oulai rəsmən “Fiorentina”da

20.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Trabzonspor” Krist Ravinel İnao Olainin “Fiorentina”ya transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Trabzon təmsilçisi bu transferdən 26 milyon avro zəmanətli ödəniş və 4 milyon 61 avro bonus olmaqla ümumilikdə 30 milyon 61 avro gəlir əldə edəcək.

Bundan əlavə, futbolçunun gələcək transferindən əldə olunacaq xalis məbləğin 10 faizi də "Trabzonspor"a ödəniləcək.

Bu transfer "Trabzonspor" tarixinin ən bahalı oyunçu satışı olub. 

20 yaşlı yarımmüdafiəçi ötən ilin yayında Fransanın "Bastiya" klubundan 5,5 milyon avroya "Trabzonspor"a transfer olunmuşdu.

Ouali, Türkiyə təmsilçisinin heyətində parlaq çıxışı ilə yanaşı, DÇ-2026-da Fildişi Sahili millisinin heyətində bütün 4 matçda meydana çıxmışdı.

Trinkao Ərəbistan klubunda - RƏSMİ Qarnaço İtaliyada çıxış edə bilər Fransada Deşam dövrü rəsmən başa çatdı Saka het-trik etdi – Matçın ən yaxşısı seçildi Argentina - İspaniya finalı - 19/7/4 rəqəmlərinin sirri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью