Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Gənclər Liqasında ikinci finalçı müəyyənləşib.
QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki "Kolovrey" idman mərkəzinin stadionunda keçirilən qarşılaşmada “Barselona” “AZ Alkmaar”la üz-üzə gəlib.
Juan Hernandezin 7-ci dəqiqədə penaltidən vurduğu qol Kataloniya klubuna 1:0 hesablı qələbə qazandırıb.
Bununla da “Barselona” finalda “Trabzonspor”a rəqib olub. UEFA Gənclər Liqasının finalı aprelin 28-də keçiriləcək.
Qeyd edək ki, “Trabzonspor” yarımfinalda “Zalsburq”u 2:1 hesabı ilə məğlub edib.