futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Trabzonspor” icarə əsasında komandada çıxış edən Andre Onananın transfer hüquqlarını almaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qaradəniz təmsilçisi kamerunlu qolkiperi birdəfəlik transfer edib, onunla 5 illik müqavilə imzalamaq niyyətindədir.
“Mançester Yunayted” Onananı satmağa razıdır. Klub onun üçün 10 milyon avro transfer haqqı tələb edir.
30 yaşlı qapıçı 2025-ci ildən “Trabzonspor”da forma geyinir.