“Trabzonspor”un qapıçısı İtallya klubuna qayıda bilər

28.01.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"ə məxsus olan və icarə əsasında "Trabzonspor"da çıxış edən qapıçı Andre Onana yayda "İnter"ə qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözləinə görə, İtalya klubu 29 yaşlı kamerunlunu geri qaytarmaq variantını ciddi şəkildə nəzərdən keçirir və əgər maliyyə şərtləri uyğun olarsa, transfer yayda mümkün ola bilər. Qapıçının özü də A Seriyasına qayıtmağa müsbət yanaşır.
Qeyd edək ki, Onana icarə əsasında çıxış etdiyi "Trabzonspor" klubunun heyətində 23 oyuna çıxıb və bu qarşılaşmaların 3-də qapısını toxunulmaz saxlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью