Trabzonun milli geyimlərindən ibarət sərgi açılıb

13.01.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Trabzonda "Qara dənizin rəngarəng irsi: Trabzon" sərgisi açılıb.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Trabzon Yetkinləşmə İnstitutu tərəfindən "Semestr Sonu Mədəniyyət, İncəsənət və İdman Fəaliyyətləri Həftəsi" çərçivəsində təşkil edilən "Qara dənizin rəngarəng irsi" sərgisi regional geyim və mədəniyyəti təşviq etmək məqsədi daşıyır. Sərgi keçmişin ənənəvi geyimlərini yenidən canlandıraraq ziyarətçilərə təqdim edir.

İnstitutun salonunda keçirilən sərginin açılışında çıxış edən Milli Təhsilin İl müdiri Həsən Uyğun regional geyimlərin nümayişinin çox önəmli olduğunu bildirib.

Sərginin keçmişdən gələcəyə körpü olduğunu deyən Uyğun qeyd edib ki, kökləri olmayanların gələcəyi yoxdur. Əgər kökləriniz güclüdürsə, bu, həmişə dözümlü olacağınız deməkdir.

İnstitut direktoru Sibel Karabina qeyd edib ki, tədqiqatlar nəticəsində 100-150 il əvvəl Trabzonun Şalpazarı, Tonya, Akçaabat və Arsin kimi müxtəlif bölgələrində gündəlik və xüsusi günlərdə geyilən qadın və kişi geyimləri eynilə yenidən yaradılaraq bu sərgidə nümayiş etdirilir.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью