TRACECA ilə əməkdaşlığın inkişaf perspektivləri

18.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevlə görüşüb.

Görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini, ölkəmizin Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını qeyd edib. Bu çərçivədə Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.

Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil nəqliyyatı bağlantılarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Orta Dəhlizin potensialının daha da artırılması, marşrut üzrə yükdaşımaların həcminin genişləndirilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, habelə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью