“Traktor” 5 ci oyununu keçirdi birinci yerdədir

02.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün beşinci həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” komandası ilə Qəzvinin “Şəms Azər” komandası qarşılaşıb.

Axar.az xəbər verir ki, qarşılaşma sentyabrın 1-də yerli vaxtla saat 19:15-də Qəzvin şəhərinin Sərdar Azadeqan stadionunda baş tutub.

Qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Bu nəticə ilə “Traktor” beş oyunda 13 xal qazanaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Təbriz təmsilçisi bundan əvvəl keçirdiyi dörd oyunda qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью