Traktor a kubok bu tarixdə təqdim olunacaq

15.05.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün İran futbol çempionatının sonuncu (30-cu) turu çərçivəsində "Traktor Sazi" növbəti oyununa çıxacaq.

Redaktor.az xəbər verir ki, "Traktor" vilayət təmsilçisi "Esteqlal Xuzistan" la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə 20:30-da Xuzistan vilayətində baş tutacaq.

Oyundan sonra "Traktor" klubuna bu mövsüm İran çempionu olduğuna görə rəsmi şəkildə kubok təqdim olunacaq.

Qeyd edək ki, Təbrizin "Traktor" futbol komandası Premyer Liqanın 28-ci həftəsində Qəzvinin Şəms Azər komandası üzərində 4:0 hesabı ilə qalib gəlib və liqanın bitməsinə 2 həftə qalmış komandanın çempionluğu təsdiqlyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью