Traktor gölə düşdü: Sürücü boğularaq öldü

01.07.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qaxda gölə düşən traktorun sürücüsü boğularaq ölüb.

lent.az xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qıpçaq kəndinin inzibati ərazisində  baş verib.

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Adil İsaq oğlu Bayramov sahədə iş görən zaman traktorla birlikdə ərazidəki gölə düşüb. Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb. 

A. Bayramovun meyiti sudan  çıxarılaraq  müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью