Traktor ilk oyunda böyük hesabla qalib gəldi

12.09.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bonyan Dizel Stadionunda keçirilən oyunda “Traktor” “Aluminium Arak”ı 4:1 hesabı ilə məğlub edib.

Axar.az xəbər verir ki, Təbrizin “Traktor” klubu İran çempionatının ilk turunda doğma azarkeşləri önündə inamlı qələbə əldə edib.

Matçda xorvatiyalı hücumçu Domaqoy Drojdek het-trik edərək görüşün ən yadda qalan futbolçusu olub. Komandanın yeni oyunçusu Reqqi Luşka isə “Traktor”un heyətində ilk qolunu vurub.

Qələbə sayəsində Təbriz təmsilçisi mövsümə uğurlu start verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью