Traktor klubu Musa Qurbanlının transferində maraqlıdır | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı 2025-ci ilə ölkə xaricində başlay
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun oğlu bu dəfə İrandan dəvət alıb.
"Traktor" gənc forvardı icarəyə götürmək üçün hərəkətə keçib.
Cənubi Azərbaycan təmsilçisi menecerlər vasitəsilə qarşı tərəflə təmas qurub, yığmamızın futbolçusunun şərtləri ilə maraqlanıb.
Təbriz klubu ona ilyarımlıq müqavilə təklif etmək niyyətindədir. Qeyd edək ki, Musa artıq bir dəfə legioner həyatı yaşayıb.
O, 2023-cü ilin yayında 500 min avro qarşılığında "Yurqorden"ə (İsveç) satılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu