“Traktor” oyundan imtina etdi Çempionatdan çəkilməklə hədələdi

19.10.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə “Traktor” Futbol Klubunun rəsmi saytı məlumat yayıb. 
Bildirilib ki, buna qarşılaşmadan öncə “Melvan”nın azarkeşlərinin irqçi şüarlar səsləndirməsi səbəb olub. 

“Traktor”un prezidenti Məhəmməd Rza Zenozi də olayla bağlı danışıb. 
“Təəssüf ki, tribunalarda oyunçularımıza, “Traktor” komandasına və digər məsələlərə qarşı ən çirkin şüarlar səsləndirilib. Mən həmişə birliyin tərəfdarı olmuşam və futbola görə belə şeylər görmək istəmirəm. Lakin bu kollektiv təhqirləri görməzdən gəlmək mümkün deyil”, - o vurğulayıb. 

Zenozi əlavə edib ki, yaranmış duruma görə “Traktor”a 3-0 hesablı texniki məğlubiyyət veriləcəksə, o zaman liqadan çəkiləcəklər. 

“Traktor” rəhbəri İran Futbol Federasiyasını təzyiqə boyun əymədən məsələyə ədalətli şəkildə müdaxilə etməyə və bu cür hadisələrin bir daha baş verməsinin qarşısını almağa çağırıb.

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью