Traktor sabah İran Superkuboku uğrunda mübarizə aparacaq

10.08.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Təbrizin "Traktor" klubu yeni mövsüm üçün formalarını təqdim edib.

İdman.biz xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi sabah - avqustun 11-də İran Superkuboku uğrunda oyunda Tehranın "Esteqlal" komandası ilə qarşılaşacaq.

İsfahandakı "Nəqş-e Cahan" stadionunda keçiriləcək matç Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Yeni mövsümə Türkiyədə hazırlaşan "Traktor" orada keçirdiyi yoxlama oyunlarının hamısında qalib gəlib - "Svasspor"a 4:0, "Gençlerbirliği"nə 2:0, "Serikspor"a da 2:0.

Qeyd edək ki, komanda İran çempionatında yeni mövsümə də avqustun 19-da Tehranın "Esteqlal" komandası ilə oyunla başlayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью