Traktor Sazi nin çempionluğu BMT də gündəm oldu

24.05.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın BMT-dəki Daimi Nümayəndəsi Səid İrevani, Dünya Futbol Günü münasibətilə BMT Baş Assambleyasında etdiyi çıxışda, Təbriz şəhərində "Traktor Sazi"nin 300 min nəfərlik böyük çempionluq bayramını futbolun birləşdirici gücünün mühüm göstəricisi kimi qiymətləndirdi.

Bizimyol.info xəbər verir ki, nümayəndə, İranda futbolun milli həyatın ayrılmaz bir hissəsi olduğunu və milli komandanın birlik və qürur simvolu olduğunu vurğulayıb.

İranın FIFA Dünya Kubokunda iştirak edən ilk komandalar arasında olduğunu bildirən İrevani, bu uğurun oyunçuların qətiyyətini göstərdiyini qeyd etdi.

"Traktor Sazi" "Perspolis" və "İstiqlal" kimi böyük klubların geniş azarkeş kütləsinə sahib olduğunu deyən nümayəndə, ötən həftə Təbriz Stadionunda 100 mindən çox azarkeşin çempionluğu qeyd etdiyini, şəhər üzrə isə 200 min insanın bu sevincə qoşulduğunu bildirdi. "Bu böyük bayramlar futbolun cəmiyyətə birləşdirici təsirini nümayiş etdirdi", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью