Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təbrizin "Traktor" komandası ilə BƏƏ-nin “Əl-Vəsl” komandaları arasında Asiya Elit Liqasında keçirilən matç qitə mövsümünün ən çox izlənilən ikinci oyunu elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Asiya Futbol Konfederasiyası məlumat yayıb.
Asiya Futbol Konfederasiyası Elit Liqada, ikinci dərəcəli Asiya Çempionlar Liqasında və aşağı liqada iştirak edən tamaşaçıların ümumi sayının 2,434,500 olduğunu, Asiya yarışlarında orta tamaşaçı sayının isə 8,949 olduğu açıqlayıb.
Ər-Riyadda Səudiyyə Ərəbistanının “Əl-Əhli” və Yaponiyanın “Maçida“ komandaları arasında keçirilən Elit Liqa finalı da 58,984 tamaşaçı ilə Asiya qitəsində ən çox izlənilən oyun elan edilib.